18:21
(077) 610-22-33

5 tələbənin öldüyü maşın 20 dəfədən çox sürət həddini aşıb - Açıqlama

  • >
1 995 22 May 2017 17:18 | Cəmiyyət

Hacıqabul rayonunda icarəyə götürülmüş "Hyundai Accent" markalı avtomobilin qəzaya uğraması və 5 tələbənin vəfat etməsi hadisəsi ilə bağlı sənədlər üzə çıxıb.

AzNews.az xəbər verir ki, avtomobili icarəyə vermiş "Elşən Rent a Car" şirkətinin rəhbəri Elşən Babayev Lent.az-a bildirib ki, maşını icarəyə götürmüş sürücü Əmiraslan Əmiraslanının 17 deyil, 19 yaşı olub. İş adamının sözlərinə görə, icarəyə verilmiş avtomobil həmin gün 20 dəfədən çox sürət həddini aşıb: "Biz GPS vasitəsi ilə həmin avtomobilləri izləyirik. Həmin maşın 20 dəfədən çox sürət həddini aşıb və işçimiz zəng edərək xəbərdarlıq etməyə çalışıb. Lakin telefonu götürən olmayıb. Qəza anında isə maşının sürəti saatda 153 kilometr olub. Yol boyu isə maşının sürəti saatda 157 kilometrədək artıb".

"Elşən Rent a Car"ın sahibi əlavə edib ki, həmin maşını 4 günlük icarəyə verib və bununla bağlı sənəd imzalanıb. Sənəd imzalanarkən Ə.Əmiraslanlının sürücülük vəsiqəsinin və şəxsiyyət vəsiqəsinin sürətləri götürülüb. O, həmçinin əlavə edib ki, icarəyə verilmiş avtomobillə ölkənin sərhədləri daxilində istənilən yerə getmək olar və baş vermiş hadisədə onların hər hansı nöqsanı yoxdur.

Bağla X