Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşına məxsus dərman qutusuna baxış keçirilib. Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşına məxsus dərman qutusuna baxış keçirilib.

Dərman qutusunda narkotik maddələr keçirməyə cəhd etdi

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşına məxsus dərman qutusuna baxış keçirilib.

AzNews.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, baxış zamanı qutunun içərisində təsiredici maddəsinin ümumi miqdarı 0,044 qram olan buprenorfin, təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan metadon və təsiredici maddəsinin ümumi miqdarı 1 qram olan tramadol adlı dərman preparatları aşkarlanıb.

Xatırladaq ki, buprenorfin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr"in II siyahısına, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II siyahısına, tramadol isə "Güclü təsir edən maddələr"in siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.