17:44
(077) 610-22-33

TQDK ittihamlara cavab verdi

  • >
187 8 Fevral 2013 15:48 | Cəmiyyət

TQDK “Valideyn Müəllim Assosiasiyası”nın prezidenti Təranə Şərifovanın ittihamlarına cavab verib.




Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 7-də T. Şərifova ANS TV-nin "Baş Xəbər Qənirə Ataşova ilə" proqramında bildirib ki, o, ötən il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət edib, lakin TQDK tərəfindən müraciətə cavab verilməyib: "Bununla bağlı olaraq, ictimaiyyət arasında yanlış məlumatların yayılmasının qarşısını almaq məqsədilə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bildirir ki, Komissiyada vətəndaş müraciətlərinin baxılması daim diqqət mərkəzində olan məsələlərdən biridir. 2012-ci və 2011-ci illərdə daxil olmuş müraciətlərin arasında T.


Şərifova tərəfindən, yaxud "Valideyn-Müəllim Assosiasiyası" təşkilatı tərəfindən yazılmış müraciət aşkar edilməyib. Odur ki, Tələbə Qəbulu üzrə Dövlət komissiyası adı çəkilən xanımdan efir vasitəsi söylədiyi həqiqətə uyğun olmayan fikirlərin təkzib etməsini xahiş edir.

Onu da bildiririk ki, T. Şərifova TQDK-da fəaliyyət göstərən və bütün pedaqoji ictimaiyyət üçün açıq olan, hər bir müəllimə öz fikrini sərbəst şəkildə ifadə etməyə imkan verən elmi-metodiki seminarlarda (tarix fənni üzrə) bir müddət iştirak edib, lakin son 3 ildir ki, naməlum səbəblərdən iştirak etmir".


AzNews.az
Bağla X