17:43
(077) 610-22-33

Gəncədə çaydan evi yandırdı - Video

  • >
2 178 23 May 2017 11:47 | Cəmiyyət

Gəncənin Təbriz küçəsi, 101 ünvanında yanğın baş verib.

AzNews.az ARB TV-yə istinadən xəbər verir ki, hadisəyə səbəb sobanın üzərində qalan çaydanın olduğu ehtimal edilir.

Şəhər sakini 48 yaşlı Anar Allahverdiyevə məxsus ev anidən yanmağa başlayıb. Bunu görən ev sahibinin qohumu təcili yanğınsöndürənlərə xəbər verib. Ümumi sahəsi 64 kvm olan 2 otaqlı evin qarşısındakı çardaqdan başlayan alovun söndürülməsinə 3 yanğınsöndürən maşın və 20 canlı qüvvə cəlb edilib. Yanğın söndürülüb və alovun ətraf tikililərə keçməsinin qarşısı alınıb.

Kənan Allahverdiyev- qohum: “Bura əmimgilin evidir. Evdən yanğını gördüm. Yanğından mühafizə idarəsi yaxınlığımızda olur. Sağolsunlar elə həmin dəqiqədə gəldilər, yanğının qabağını aldılar. Evdə heç kim yox idi. Ehtimal edirik ki, yəqin ehtiyatsızlıqdan, qazdan olub”.

Bağla X