09:48
(077) 610-22-33

Parkda kişi meyiti tapıldı

  • >
1 607 23 May 2017 13:37 | Cəmiyyət

Astara rayonunda kişi meyiti tapılıb.

"Report"un Cənub bürosunun məlumatına görə, meyit Astara şəhəri ərazisində yeləşən parkda aşkar edilib.

Belə ki, Astara şəhər sakini, 1955-ci il təvəllüdlü Feyruz Ələsgər oğlu Məmmədovun üzərində zorakılıq əlamətləri olmayan meyiti tapılıb.

Meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib.

İlkin məlumatlara görə, onun alkoqollu içkinin təsirindən öldüyü müəyyən olunub.

Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

AzNews.az

Bağla X