Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Göygöldə iki avtomobil toqquşdu, xəsarət alanlar var

Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə Göygöl şəhərində qeydə alınıb. “Mercedes” və “VAZ 2103” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, rayonun Topalhəsənli kənd sakini 1949-cu il təvəllüdlü Məhərrəmov Behbud Zülfüqar oğlu və qadın sərnişin müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, xəsarət alanlar Gəncəyə yas yerinə gedirlərmiş.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.