07:49
(077) 610-22-33

Bakıda top mərmisi tapıldı

  • >
1 326 23 May 2017 22:14 | Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda partlayış təhlükəli döyüş sursatının aşkar olunması barədə məlumat daxil olub.

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb olunaraq döyüş sursatına baxış keçirmiş və sursatın döyüş tətbiqinə yararsız 1 ədəd 100 millimetr çaplı top mərmisi olduğu müəyyən edilib.

Mərmi aidiyyəti üzrə təhvil vermişdir. Əməliyyat saat 19:20-də başa çatıb.

Bağla X