Son zamanlarda xarici ölkələrlə yanaşı, Azərbaycanda da "stress çarxı" adlanan oyuncaq trendə çevrilib. Son zamanlarda xarici ölkələrlə yanaşı, Azərbaycanda da "stress çarxı" adlanan oyuncaq trendə çevrilib.

Spinner həqiqətən stresi azaldır? - Video

Son zamanlarda xarici ölkələrlə yanaşı, Azərbaycanda da "stress çarxı" adlanan oyuncaq trendə çevrilib.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, adı spinnerdir, stress çarxı da deyirlər. Son vaxtlarda uşaqdan böyüyə hər kəsin əlində görmək mümkündür.

Deyilənə görə bu oyuncaq stress və həyəcanı dəf etməyə kömək edir.

İnternetdə bu oyuncaq haqda yazılarda bildirilir ki, stress çarxı həm barmaqların hərəkətliliyini, həm də beynin fəaliyyətini yaxşılaşdırmağa kömək edir. Dırnaq yemə, barmaq xırçıldatma kimi vərdişlərdən azad olmağa kömək edir.

Spinnerlər müxtəlif qiymətə satılır. İndi demək olar ki, bütün oyuncaq mağazaları və dəftərxanalarda ən çox satılanlar arasındadır.

Psixoloqlar isə deyir ki, bu oyuncağa əyləncə kimi yanaşmaq daha məqsədə uyğundur, nəinki stress atmaq üçün. Çünki çox istifadə fəsadlar da verə bilər.

Buna görə də valideynlər uşaqlarının spinnerlə daha çox vaxt keçirməsinə yol verməsinlər.