“IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın komanda hesabında uğur qazanması gözlənilən və təbii idi. Sonuncu Rio Yay Olimpiya Oyunlarında Azərbaycan islam ölkələri arasında ən çox medal qazanmışdı”. “IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın komanda hesabında uğur qazanması gözlənilən və təbii idi. Sonuncu Rio Yay Olimpiya Oyunlarında Azərbaycan islam ölkələri arasında ən çox medal qazanmışdı”.

“İslamiada Azərbaycanın İslam dünyasında aparıcı ölkə olduğunu sübut etdi” - Əflatun Amaşov

“IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın komanda hesabında uğur qazanması gözlənilən və təbii idi. Sonuncu Rio Yay Olimpiya Oyunlarında Azərbaycan islam ölkələri arasında ən çox medal qazanmışdı”.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan son illərdə iştirak etdiyi beynəlxalq səviyyəli idman yarışlarında, I Avropa Oyunları da daxil olmaqla, ardıcıl qələbələr qazanır: “Azərbaycan bir daha sübut etdi ki, sözün əsl mənasında idman ölkəsidir. Azərbaycan bir daha sübut etdi ki, bu vaxta qədər qazandığı uğurlar təsadüfi olmayıb”.

Azərbaycanda keçirilən beynəlxalq tədbirlərə, idman yarışlarına toxunan Mətbuat Şurasının sədri qeyd edib ki, Azərbaycan bu tədbirləri çox yüksək səviyyədə təşkil edir: “IV İslam Həmrəyliyi Oyunları səviyyəsinə görə heç də Olimpiya Oyunlarından geri qalmır. Digər tərəfdən, biz indiyə qədər belə yüksək səviyyəli yarışları keçirmək üçün xaricdən ekspertlər, mütəxəssislər dəvət edirdik. Artıq Azərbaycan son illərdə bu Oyunları təşkil edə biləcək mütəxəssislər yetişdirdi. IV İslam Həmrəyliyi Oyunlarında əsas təşkilatçılar da yerli mütəxəssislərdən ibarət idi.

Könüllüləri də xüsusi qeyd etmək istəyirəm. Mən əminəm ki, növbəti dəfə belə yarışlar hansı ölkədə keçirilirsə keçirilsin, Azərbaycan mütəxəssislərinin imkanlarından istifadə edəcəklər. IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın İslam ölkələri arasında aparıcı ölkə olduğunu sübut etdi. Nəinki IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən islam ölkələrində, dünyanın digər ölkələrində də aparıcı media vasitələri Oyunların gedişi ilə bağlı geniş məlumat verdilər. Eyni zamanda Azərbaycan tarixi, mədəniyyəti, turizm potensialı ilə bağlı da informasiyalar verildi. Bu, xaricdə Azərbaycanın müsbət imicinin formalaşmasına kifayət qədər güclü təkan verdi”.