11:24
(077) 610-22-33

Bakıda ağır qəza - 2 nəfər yaralandı

  • >
1 568 25 May 2017 22:53 | Cəmiyyət

Qaradağ rayonunda qəza baş verib.

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili ilə “MAZ” markalı avtobusun toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sıxılmış vəziyyətdə qalmış 2 nəfər sərnişini minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.

Əməliyyat saat 19:10-da başa çatıb.

Bağla X