"Space” Müstəqil Teleradio Şirkətinin (Space TV) "Hər gün” informasiya proqramının baş redaktoru Elman Gədikli vəzifəsindən kənarlaşdırılıb. "Space” Müstəqil Teleradio Şirkətinin (Space TV) "Hər gün” informasiya proqramının baş redaktoru Elman Gədikli vəzifəsindən kənarlaşdırılıb.

Vaqif Mustafayev Baş redaktorun "Space"dən uzaqlaşdırılmasından danışdı: “Qovulmayıb”

"Space” Müstəqil Teleradio Şirkətinin (Space TV) "Hər gün” informasiya proqramının baş redaktoru Elman Gədikli vəzifəsindən kənarlaşdırılıb.

"Space" kanalının prezidenti Vaqif Mustafayev AzNews.az-a açıqlamasında bildirib ki, Elman Gədikli öz ərizəsi əsasında işdən çıxıb:

"Heç bir qovulma faktından söhbət gedə bilməz. Elman Gədiklinin bizdə ərizəsi var. Yazılıb ki, öz xahişimlə məni tutduğum vəzifədən azad edin. Onun kanalda Təhsil Nazirliyi ilə bağlı yayımlanan süjetə görə işdən azad edilməsi yalan xəbərdir."

Kanaldan verilən məlumata görə, hazırda Elman Gədiklinin baş redaktor vəzifəsini müvəqqəti olaraq tanınmış jurnalist Azadə Balayeva icra edir.

Bu gün mətbuatda yayılan xəbərlərə görə, Elman Gədiklinin işdən çıxarlmasına səbəb “Space”də Təhsil Nazirliyi ilə bağlı tənqidi süjetin getməsidir. Məlumatda bildirilir ki, həmin süjetdən sonra Təhsil naziri Mikayıl Cabbarov “Space”nin rəhbərliyinə zəng edib, narazılığını ifadə edib. Həmin zəngdən sonra rəhbərlik Elman Gədikli ilə vidalaşıb.

AzNews.az