06:16
(077) 610-22-33

24 min manat saxta pulu satmaq istəyərkən saxlanıldı - Video

  • >
6 909 26 May 2017 19:15 | Cəmiyyət

Cəlilabad Rayon Polis Şöbəsinə Şıxlar kənd sakini Səfa Qaraşovun saxta pul əsginazlarının satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraşov 240 ədəd saxta 100 manatlıq əsginazı satmaq istəyən zaman cinayət başındaca saxlanılıb.

Onun üzərindən və yaşadığı mənzildən qeyd edilən miqdarda saxta pul əsginazları və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Ekspert rəyi ilə müəyyən edilib ki, həmin saxta əsginazlar həqiqi pul vəsaitlərindən çətinliklə seçilir. İlkin ifadəsində Səfa Qaraşov əldə etdiyi saxta pulları satmaq niyyəti ilə aldığını etiraf edib.

Səfa Qaraşov – Saxlanılan şəxs: “Satmaq məqsədilə 240 ədəd saxta əskinazları tanıdığım adamdan 500 manata almışdım. Tutulanda 240 ədəd əskinaz üstümdəydi. Tutdular, mən də təqdim elədim”.

Faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bağla X