23:18
(077) 610-22-33

Abdulla Öcalanın erməni olması gündəmə gəldi

  • >
403 9 Fevral 2013 09:24 | Cəmiyyət

PKK lideri Abdullah Öcalan ermənidir. Musavat.com-un məlumatına görə, belə bir iddia ilə Türkiyədə nəşr olunun "Milli Gazete"nin köşə yazarı Mehmet Şevket Eygi çıxış edib. Onun yazdığbına görə, PKK kənardan kürd hərəkatı kimi görünsə də, əslində gizli erməni təşkilatıdır və Anadolunu xristian torpağına çevirməyə, "Böyük Ermənistan" arzusunu reallaşdırmağa çalışır: "Bu ideyanın arxasında sionizm, imperializm və dərin güclər dayanır. Ermənilər Türkiyədən hazırkı Ermənistandan 4-5 dəfə böyük ərazi tələb edirlər".

Habervaktim.org saytı isə daha sensasion iddia ilə çıxış edib. Sayt yazır ki, Abdullah Öcalanın atası ertmənidir. Belə ki, Abdullah Öcalanın doğulduğu kənd erməni kəndi olub və ailəsində onu Artin Akopyan adlandırıblar. Bundan başqa, Abdullah Öcalanın kürd dilini bilmədiyi də iddia edilir. Onun doğulduğu kənddə ermənilər məskunlaşıblar. 1915-ci il olayları zamanı kəndin əhalisi kürdləşib, sakinlər adlarını və dinlərini dəyişiblər. Türkiyədə minlərlə belə kənd var.

Sayt xatırladır ki, yanvarın 9-da Parisdə öldürülən PKK fəallarından biri - Sakinə Cansız da ermənidir.

AzNews.az
Bağla X