Tovuzun Aşağı Quşçu kənd sakini Rahib Kazımov atasının qəbri ətrafında təmizlik işləri apararkən tapdığı əşyalar onu təəccübləndirib. Tovuzun Aşağı Quşçu kənd sakini Rahib Kazımov atasının qəbri ətrafında təmizlik işləri apararkən tapdığı əşyalar onu təəccübləndirib.

Tovuzda bir ailəyə dəhşətli sürpriz – Video

Tovuzun Aşağı Quşçu kənd sakini Rahib Kazımov atasının qəbri ətrafında təmizlik işləri apararkən tapdığı əşyalar onu təəccübləndirib.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, R.Kazımovun müraciət etdiyi insanlar əşyaların cadu olduğunu bildiriblər.

İndiyə qədər ailəsinin heç kimlə ədavəti olmadığını deyən Rahib Kazımov cadu ilə bağlı məlumatsız olduğunu deyib.

Cadunun nə üçün basdırıldığı da onun üçün müəmmalı olaraq qalır.

Atası Qoca Kazımov 3 il əvvəl dünyasını dəyişib. Rahib Kazımov deyir ki, əvvəllər həyətlərində belə bir hala rast gəlməyib. Ona da maraqlı olan odur ki, cadu niyə məhz atasının qəbri ətrafına basdırılıb.