04:51
(077) 610-22-33

İctimai Palatanın üzvü Əkrəm Əylislini belə söydü

  • >
351 9 Fevral 2013 09:38 | Cəmiyyət

“O, Azərbaycan hakimiyyəti ilə təqaüd, fəxri ad alveri edirdi”



İctimai Palatanın üzvü Yeganə Əmiraslanova yazıçı Əkrəm Əylislinin "Daş yuxular"ına münasibət açıqlayıb:

"Əkrəm Əylisli gerçəkdən bir "hadisə" idi... Azərbaycan ədəbi mühitinə üz qaralığı gətirən bir "hadisə". İP-nin üzvü olsam da, bu məsələdə mövqeyim daha aydın və daha səmimidi. Əkrəm Əylislinin özü də etiraf edir ki, əsəri çoxdan yazıbmış, çap eləmək istəmirmiş...Niyə? Çünki hələ Azərbaycan hakimiyyəti ilə təqaüd, fəxri ad alveri edirdi. Görünür, "daha əlverişli şərtlər" təklif olunduğundan bu dəfə millətinə olan "səmimi" münasibətini ortaya qoymaq qərarına gəlib".

Y.Əmiraslanova Ə.Əylisli müdafiəsindən çıxış edənlərə də mesaj ünvanladı:

"Mənim Əkrəm Əylislinin "biz ermənilərlə əsrlərdi dost kimi yaşamışıq, indi düşmən olmamalıyıq" fikrini humanizm kimi dəyərləndirənlərə də sözüm var. Kimin kimə düşmənçilik etdiyi çox yaxın tarixdi. Erməni bizə düşmənçilik edib, yurd-yuvamızdan didərgin salıb, qız-gəlinlərimizin namusunu ləkələyib, ən nəhayət, sizin kimi "hümanist"lərin sayəsində kişilərimizin başını beynəlxalq aləmdə aşağı eləyib. Əkrəm Əylisli getsin bundan belə erməni dostundan, qardaşından cild-cild əsərlər yazsın, amma kişi kimi də etiraf eləsin ki, o, dostu, qardaşı haqqında ancaq bu mövqedə olmalıdı".

Bahar Rüstəmli
AzNews.az
Bağla X