Bu gün "Silkway Helicopters Services aviaşirkəti"nin "Мi-8" helikopteri Xəzər Dənizində Çilov adasına məcburi eniş edib. Bu gün "Silkway Helicopters Services aviaşirkəti"nin "Мi-8" helikopteri Xəzər Dənizində Çilov adasına məcburi eniş edib.

“Neft Daşları”na gedən helikopter Çilov adasında məcburi eniş edib

Bu gün "Silkway Helicopters Services aviaşirkəti"nin "Мi-8" helikopteri Xəzər Dənizində Çilov adasına məcburi eniş edib.

Şirkətdən AzNews.az-a verilən məlumata görə, helikopterin göyərtəsində 15 sərnişin və 3 heyət üzvü olmuşdur, müvəffəqiyyətli eniş sayəsində onlardan heç biri xəsarət almayıb. Həmçinin hava gəmisi də zərər görməyib.

"Neft Daşları" yatağına gedən helikopterin qəza enişinin səbəbi mühərriklərdən birinin imtina etməsi olub.

Sərnişinlər təyinat məntəqəsinə "Silkway Helicopters Aviaşirkəti"-nin digər helikopterləri ilə çatdırılacaq.

Hazırda bu hadisənin araşdırılması ilə məşğul olan xüsusi komissiya yaradılıb.