2017-ci tədris ilinin hazırlıq planına əsasən Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi Sanitar epidemioloji nəzarət mərkəzində “Səyyar sanitar epidemioloji dəstənin hərəkəti, açılması və səhra şəratində işinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirilib. 2017-ci tədris ilinin hazırlıq planına əsasən Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi Sanitar epidemioloji nəzarət mərkəzində “Səyyar sanitar epidemioloji dəstənin hərəkəti, açılması və səhra şəratində işinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Səyyar sanitar epidemioloji dəstənin taktiki-xüsusi təlimi keçirilib

2017-ci tədris ilinin hazırlıq planına əsasən Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi Sanitar epidemioloji nəzarət mərkəzində “Səyyar sanitar epidemioloji dəstənin hərəkəti, açılması və səhra şəratində işinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd səyyar sanitar-epidemioloji dəstənin fəaliyyət sahəsinin düzgün seçilməsi, xüsusi texnika və avadanlığın yerləşdirilməsi, və işin təşkili üzrə şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi, sanitar epidemioloji və bakterioloji kəşfiyyatın aparılması, səhra şəraitində bakterioloji vasitələrin, radioaktiv maddələrin və döyüş zəhərləyici maddələrin indikasiyası, ocaqlı deqazasiya, dezaktivasiya və dezinfeksiya işlərinin aparılması olub.

Şərti düşmənin kütləvi qırğın silahı tətbiq etdiyi ərazidə dozimetrik ölçmələrin aparılması, bioloji vasitələrin, radioaktiv maddələrin və döyüş zəhərləyici maddələrin indikasiyası məqsədilə nümunələrin götürülməsi, çirklənmə ocağının sərhədlərinin təyini, dozimetrik ölçmələrin nəticələrinin qiymətləndirilməsi, bakterioloji və toksiko-radioloji tədqiqlərin aparılması da praktiki yerinə yetirilib.