Xaçmaz rayonunun “Yeni Həyat” qəsəbəsinə içməli suyun verilişi dayandırılıb. Xaçmaz rayonunun “Yeni Həyat” qəsəbəsinə içməli suyun verilişi dayandırılıb.

Üç minə yaxın sakin içməli susuz qalıb - Fotolar

Xaçmaz rayonunun “Yeni Həyat” qəsəbəsinə içməli suyun verilişi dayandırılıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayon mərkəzindən 25 km uzaqlıqda yerləşən qəsəbə kənd təsərrüfatının yüksək inkişafı ilə tanınır. Üç minə yaxın əhalisi olan bu yaşayış məntəqəsi hazırda içməli su ilə bağlı çətinlik yaşayır. Qəsəbəni içməli su ilə təmin edən su anbarına verilən elektrik enerjisi dayandırılıb. Bu səbəbdən sakinlər üç gündür içməli su qıtlığı yaşayır.

Ümumiyyətlə, 700-ə yaxın təsərrüfatı su ilə təmin edən sayğacda enerji borcunun olduğu bildirilir.

Xaçmaz Rayon İcra Hakimiyyətinin "Yeni Həyat" qəsəbəsi üzrə icra nümayəndəsi Güləddin Sədiyev açıqlamasında bildirib ki, artezian quyusuna qoyulan sayğacın 12 min manat borcu var: “Xaçmaz Elektrik Şəbəkəsinin əməkdaşları borc ödənmədiyindən elektrik enerjisinin verilişıni dayandırıblar. Sakinlər uzun müddətdir istifadə etdiyi elektrik enerjisinin pulunu ödəmir. Sayğac şəbəkədən ayrılandan sonra üç gün ərzində yerli bələdiyyə 1000 manat pul yığa bilib. Elektrik enerjisi verilişinin bərpası üçün borc tam ödənilməlidir".

AzNews.az

image description image description image description