“O, həmişə Azərbaycan xalqına qara yaxıb” “O, həmişə Azərbaycan xalqına qara yaxıb”

“Əkrəm Əylisli Ziyalılar Forumuna qoşulmasaydı...”

“O, həmişə Azərbaycan xalqına qara yaxıb”



Şeyx Əbdül Mahmudbəyov da Əkrəm Əylislinin "Daş yuxular"ına münasibət bildirib. O, AzNews.az-a açıqlamasında deyib ki, Ə.Əylislinin bu addımından təəccüblənməyib:

"Əkrəmin mövqeyi həmişə belə olub. Bunlar həmişə Əkrəmi tərbiyə eləməyə çalışıblar. Amma nəticə göz qabağındadır. Əkrəm həmişə anti-milli mövqedən çıxış edən adamdır. Avara bir təşkilat var, Ziyalılar Forumu. Gedib oturub orda ağzına gələni danışır. Mən inanıram ki, Əkrəm Əylisli gedib o təşkilata qoşulmasaydı, bu, olmayacaqdı. Yəni, Əkrəm Əylisli Azərbaycana qara yaxa-yaxa gedəcəydi. Onun işi-gücü Azərbaycan xalqını pis gözdə görməkdir. Onun qələmi həmişə Azərbaycan xalqının pis tərəflərini görmək və yazmaq olub. O, bu gün də öz mövqeyindən çıxış edir".


Bahar Rüstəmli
AzNews.az