Bakıda və Abşeron yarımadasında Mayın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Bakıda və Abşeron yarımadasında Mayın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında Mayın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.

AzNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, havanın temperaturunun Abşeron yarımadasında gecə 13-16, gündüz 20-25, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında Mayın 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 13-18, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

AzNews.az