06:12
(077) 610-22-33

Təhsil Nazirliyini ifşa edən daha bir fakt - dərslikdə söyüş

  • >
2 210 9 Fevral 2013 10:50 | Cəmiyyət

Orta məktəb dərsliyindəki vulqarizm: “Kəs səsini, qancığın balası!”



Son günlər sosial şəbəkələrdə orta məktəb dərslikləri ilə bağlı şəkillər paylaşılır. Həmin şəkillərdə dərslik kitablarında vulqar sözlərin yazılmasına geniş yol verilir. Belə dərsliklərdən biri də 10-cu sinif Azərbaycan dili dərsliyidir. Vulqar sözlərlə şagirdləri tanış etmək üçün İlyas Əfəndiyev və İsmayıl Şıxlının əsərlərindən nümunələr gətirilir ki, bunlar həmin şagirdlərin yaşına uyğun deyil. Bundan başqa, vulqar sözlərin cümlələrdə işlədilməsi çalışması da təqdim olunur ki, bu onların dil lüğətinin korlanmasına gətirib çıxarda bilər.

Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan dilinin işlək sözləri var və bunlar haqqında şagirdlərə məlumat verərkən yazıçıların əsərlərindən müəyyən nümunələr gətirilir.

"Vulqar sözlərlə də bağlı belə edilib. Şagirdlərə başa salmaq və bu barədə onlara məlumat vermək üçün əsərlərdən seçmələr verilir. Bunun verilməsinin məqsədi heç də şagirdə həmin sözləri təbliğ etmək deyil. Onsuz onlar adi həyatda, filmlərdən bu tip vulqar sözləri, deyərdim ki, hətta betərini eşidir. Vulqar sözlər dil leksikonumuzda var. Bizim bunları misal gətirməkdə məqsədimiz odur ki, bu cür sözlərin cəmiyyətdə işlədilməsi məqbul sayılmır. Bunlar tərif deyilən yerdə və ya başqa yerlərdəişlədilmir ki?".

F.Şahbazlı həmçinin bildirib ki, orta məktəb müntəxəbatına əsərlər salınarkən şagirdlərin yaş senzi, proqram materialları, onun psixoloji tərəfləri, ictimai faydalılığı, tərbiyə məsələləri nəzərə alınır.

"Təbii ki, "Dəli Kür" əsəri 4-cü sinif şagirdinin dərsliyinə salınmır ki. Bunu edərkən bütün bu prinsiplər nəzərə alınır".

AzNews.az
Bağla X