00:13
(077) 610-22-33

Siyəzəndə tank əleyhinə mina, qumbara və 95 ədəd güllə tapıldı - Foto

  • >
1 521 29 May 2017 19:11 | Cəmiyyət

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə Siyəzən rayonunda məişət tullantıları ərazisində 3 ədəd minanın aşkarlanması barədə məlumat daxil olub.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, mütəxəssislər tərəfindən həmin əraziyə baxış keçirilib, əməliyyat tədbirləri nəticəsində təlim məqsədli 3 ədəd tank əleyhinə mina (TM-62M), 3 ədəd tank əleyhinə minanın partladıcısı (MVÇ-62), 5 ədəd əl qumbarası (2 ədəd F-1 və 3 ədəd RQD-5), 4 ədəd əl qumbarasının partladıcısı (UZRQM) və 95 ədəd 7.62 mm-lik güllə aşkarlanıb və götürülüb.

Təlim məqsədli minalar və digər hərbi sursatların aşkar olunduğu 3 000 kv.metr əraziyə yerüstü baxış keçirilmiş, əlavə təhlükəli əşya və qurğu aşkarlanıb.

Ümumilikdə agentlik tərəfindən 01 yanvar – 29 may 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Daşkəsən, Salyan, Siyəzən, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 9 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 162 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına, məişət tullantıları ərazisinə baxış keçirilib, 5 652 ədəd partlamamış hərbi sursat, 182 ədəd tank əleyhinə mina və 28 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 3 504 372 kv.m ərazi (625 589 kv.m əl ilə, 1 206 040 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 559 743 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

image description image description image description
Bağla X