Bu gün 24 saat müddətinə bəzi qəsəbələrdə suyun verilməsində məhdudiyyətlər olacaq. Bu gün 24 saat müddətinə bəzi qəsəbələrdə suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu ərazilərdə su olmayacaq

Bu gün 24 saat müddətinə bəzi qəsəbələrdə suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə AzNews.az-a “Azərsu” ASC-dən məlumat verilib. Ceyranbatan-Maştağa sağ magistral su xəttinin Saray qəsəbəsi ərazisindən keçən hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün 24 saat müddətinə Saray, Novxanı, Goradil, Fatmayı, Mehdiabad, Digah, Maştağa, Pirşağı, Kürdəxanı, Bilgəh, Nardaran, Ramana, Bakıxanov və Sabunçu qəsəbələrinin, həmçinin bağ massivlərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.