“40 ton kartofun sərhəddə saxlanılmasının səbəbi onda aşkarlanan qızılı rəngli qurdların Rusiya bitkilərinə yayılmasının qarşısını almaq məqsədi daşıyır.” “40 ton kartofun sərhəddə saxlanılmasının səbəbi onda aşkarlanan qızılı rəngli qurdların Rusiya bitkilərinə yayılmasının qarşısını almaq məqsədi daşıyır.”

“Qurdlar ətraf mühitə yayılaraq, böyük problemlər yaradır”- Ekspert 40 ton qurdlu kartofdan danışdı

“40 ton kartofun sərhəddə saxlanılmasının səbəbi onda aşkarlanan qızılı rəngli qurdların Rusiya bitkilərinə yayılmasının qarşısını almaq məqsədi daşıyır.”

Bunu AzNews.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. Onun sözlərinə görə, belə məsələlərə Rusiyanın dövlət orqanları nəzarət edir:

“Bu cür məsələ kartofun təhlükəli olması ilə bağlı deyil. Müəyyən mikroorqanizmlərin həm də başqa bitkilərə ziyan verə bilmək təhlükəsi var. Eyni zamanda, başqa ölkələrə keçirilməsinin qarşısını almaq üçün tədbirlər görülür. Bəzi xəstəliklər var, dövlətlər ona karantin qoyur. Belə olan halda, həmin məhsullar onların ölkələrinə keçirilə bilməz. Bu məsələ əsasən Yeni Zelandiyada diqqət mərkəzindədir. Əgər Rusiya belə qurdların olmasını aşkarlayıbsa, deməli bu Azərbaycan tərəfdən razılaşdırılmış şəraitdə olub.”

Eyyub Hüseynov qeyd edib ki, Rusiya tərəfi kartofları deyil, ölkəsinin bitkilərinin xəstələnəcəyindən ehtiyat edir:

“Hər bir ölkə özünün flora və faunasını müəyyən xəstəliklərdən qoruyur. O qurdlar ətraf mühitə yayılaraq, böyük problemlər yaradır. Rusiya da belə xəstəlik, qurd aşkarlandığı məhsulu ölkəsinə buraxmayıb.”

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi Azərbaycandan paytaxt regionuna daxil olan kartof məhsulunda karantin obyekti aşkar edib.

İdarə "Fud Loqistik" MMC-nin şimal-şərq girişində yerləşən fitosanitar nəzarət postunda Azərbaycan Respublikasından iki avtonəqliyyat vasitəsində daxil olmuş 39,55 ton təzə ərzaq kartofuna baxış zamanı Rusiya Federasiyası üçün karantin obyekti olan qızılı kartof qurdları (Globodera rostochiensis (Woll.) Behrens.) aşkar edilib.

Bahar RÜSTƏMLİ

AzNews.az