Mayın 28-də Bakı şəhərinin Binəqədi rayonunda, 8-ci mikrorayon ərazisində baş vermiş dəhşətli hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb. Mayın 28-də Bakı şəhərinin Binəqədi rayonunda, 8-ci mikrorayon ərazisində baş vermiş dəhşətli hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Özünü 8-ci mərtəbədən yerə atan qadın kimin qızıdır? - Təfərrüat + Yenilənib

Mayın 28-də Bakı şəhərinin Binəqədi rayonunda, 8-ci mikrorayon ərazisində baş vermiş dəhşətli hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Lent.az xəbər verir ki, araşdırmalar nəticəsində 1993-cü il təvəllüdlü Qəribova Lamiyə Rafiq qızının intihar məqsədi ilə özünü 8-ci mərtəbədən atmadığı, ehtiyatsızlıqdan öldüyü məlum olub.

Bəlli olub ki, hadisə vaxtı L.Qəribovanın həyat yoldaşı böyük uşağı ilə yaşadığı 17 mərtəbəli binanın həyətində gəzirmiş. 3 aylıq körpəsini yatızdıran və qan azlığından əziyyət çəkən Lamiyə bu zaman eyvandakı şkafdan nə isə götürməyə çalışıb. Bu zaman onun ayağındakı tərlik sürüşüb və 24 yaşlı qadın 8-ci mərtəbədən yıxılıb. O, hadisə yerindəcə keçinib.

Hadisə L.Qəribovanın həyat yoldaşının və azyaşlı övladının gözləri önündə baş verib. Evdə nəzarətsiz qalmış 3 aylıq körpəni qapının arxadan bağlı qalması nəticəsində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xilas ediblər.

Bu arada o da məlum olub ki, L.Qəribova keçmiş millət vəkili, tanınmış biznesmen Fərhad Qəribovun qardaşı qızıdır. Faciəvi şəkildə ölən qadının atası Rafiq Qəribov ehtiyatda olan polis polkovnikidir. O, bir sıra rayonlarda, eləcə də Şirvan şəhərində yol polisi rəisi vəzifələrində çalışıb.

***

12:56

Bakının Binəqədi rayonunda gənc qadının ölümü ilə bağlı bəzi detallar məlum olub.

AzNews.az Missiya.az-a istinadən xəbər verir ki, özünü 8-ci mərtəbədən yerə atan 1993-cü il təvəllüdlü Lamiyə Rafiq qızı Qəribova sabiq deputat Fərhad Qəribovun qardaşı qızıdır.

Qadının əmisi Fərhad Qəribov Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olub.

L.Qəribova bu gün dəfn olunub. Yas mərasimində Fərhad Qəribov da iştirak edib.

Xatırladaq ki, hadisə rayonun 8-ci mikrorayon ərazisində yerləşən binalardan birində qeydə alınıb. O, yerindəcə keçinib. L.Qəribova iki uşaq anasıdır.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.