16:07
(077) 610-22-33

AMEA prezidenti sabah I Fəxri Xiyabanda dəfn olunacaq

  • >
377 10 Fevral 2013 20:24 | Cəmiyyət

Dünən gecə saatlarında dünyasını dəyişən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimovun cənazəsi ölkəyə gətirilib.




Bu barədə APA-ya AMEA Rəyasət Heyətinin akademik katibi Vaqif Fərzəliyev bildirib. Onun sözlərinə görə, hazırda M. Kərimovun nəşi dəfnə hazırlanmaq üçün Təzəpir məscidinə aparılıb.

M. Kərimovla vida mərasimi sabah saat 15.00-da AMEA-nın əsas binasında keçiriləcək. Akademik I Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, dünən günorta saatlarında M. Kərimovun vəziyyəti qəflətən pisləşib, onun ürəyində kəskin ağrılar başlayıb. Akademik dərhal Azərbaycandakı xəstəxanalardan birinə çatdırılsa da, onun təcili olaraq Türkiyəyə aparılmasına qərar verilib. Axşam saatlarında o, xüsusi təyyarə və həkimlərin müşayiəti ilə Türkiyəyə yola salınıb, lakin təyyarə havadaykən, M. Kərimov dünyasını dəyişib.

Qeyd edək ki, M. Kərimov 18 oktyabr 1948-ci ildə Ermənistan Respublikasının İrəvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib.

Yarımkeçicilər və dielektriklər fizikası ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edib.
Bağla X