Bu gündən 2013-2014-cü tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu başlayır. Bu gündən 2013-2014-cü tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu başlayır.

Magistraturaya sənəd qəbulu başlayır

Bu gündən 2013-2014-cü tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu başlayır.




AzNews.az-ın TQDK-nın rəsmi saytına istinadən məlumatına görə, bakalavrlar "Bakalavrın elekron ərizə" formasını fevralın 11-dən 21-dək doldurur və fevralın 12-dən 22-dək isə ərizələrini təsdiq etdirməlidir. Cari ilin məzunları "Bakalavrın elektron ərizə" formasını bitirdikləri ali məktəblərdə yaradılmış Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməlidirlər.

Ali məktəblərin əvvəlki illərin məzunları, nəzdində SQK-lar fəaliyyət göstərməyən ali məktəblərin məzunları "Bakalavrın elektron ərizə" formasını ali təhsil müəssisələrində yaradılmış SQK-lardan istənilən birində təsdiq etdirə bilərlər.

Xarici ölkələrdə ali təhsil almış Azərbaycan vətəndaşları "Bakalavrın elektron ərizə" formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirməlidirlər. Elektron imzaları olan bakalavlar SQK-ya müraciət etmədən ərizələrini təsdiqlədə bilərlər.

Qəbul imtahanının birinci mərhələsi martın 3-də keçiriləcək.

Azərbaycanda ilk dəfə olaraq ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı fevralın 17-də keçiriləcək.

Magistraturaya ərizə vermək istəyən bakalavrlar elektron ərizə vermək üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək üçün Azercell, Bakcell və NAR Mobile nömrələrindən 7725 nömrəsinə boş SMS göndərməlidirlər.

AzNews.az