Rusiya bu mallardan imtina edir, biz də isə narahatlığa əsas görmürlər Rusiya bu mallardan imtina edir, biz də isə narahatlığa əsas görmürlər

İdxal edilən toyuq budunda təhlükəli maddə

Rusiya bu mallardan imtina edir, biz də isə narahatlığa əsas görmürlər



Fevralın 11-dən etibarən Rusiya Amerikadan bəzi ət və toyuq məhsullarının idxalını dayandırıb. Səbəb isə həmin məhsullarda raktopamin adlı yem əlavəsindən istifadədir. Sözügedən yem əlavəsi insan toyuq və ət məhsullarının yağlılıq dərəcəsinin aşağı salınması və daha tez yetişməsi üçün istifadə edilir. Onun insan səhhəti üçün ziyanlı olduğu bildirilir.

Azərbaycana da Amerikadan toyuq məhsulları gətirilir və ölkəmiz idxalı dayandırmaq niyyətində deyil. Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli AzNews.az-a bildirib ki, ölkəmizə Amerikadan az miqdarda toyuq məhsulları gətirilir:

"Bura əsasən toyuq budu daxildir. Gələn məhsulların standartlara tam uyğun olması burada da laboratoriyada yoxlanılır və ancaq bundan sonra idxalına icazə verilir. Məhsulun tərkibində fəsadlara yol aça biləcək maddələr aşkarlanarsa idxala icazə verilmir. İndiki halda ekoloji cəhətdən təmiz və standartlara uyğun məhsullar gətirilir".

Elnarə Əlosmanqızı
AzNews.az