“Qulaqkəsilmədən indiyə kimi heç kim ölməyib” “Qulaqkəsilmədən indiyə kimi heç kim ölməyib”

“Bizim adamlar Əkrəm Əylislini izləyirlər”

“Qulaqkəsilmədən indiyə kimi heç kim ölməyib”



Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin "Əkrəm Əylislinin kəsilmiş qulağını gətirənə 10 min manat verəcəm" bəyanatını ölkə ictimaiyyəti narazılıqla qarşılayıb.
Bir neçə ictimai-siyasi şəxs bu addımın yolverilməz olduğunu bildirib. Ölkə ictimaiyyəti partiya sədrinin bəyanatı cinayət xarakterli olduğundan hüquq-mühafizə orqanlarını məsələ ilə bağlı hərəkətə keçməyə çağırıblar.

Hafiz Hacıyev AzNews.az-a açıqlamasında "qulaq əməliyyatı"nda ona cinayət işinin açılmasından çəkinmədiyini deyib:

"Özünü hüquq müdafiəçisi adlandıranlar bu məsələdə cinayət tərkibi olduğu iddia edirlər. Həmin şəxslər bizi bu yoldan çəkinməyə dəvət edirlər. Biz adam öldürülməsinə qərar verməmişik ki?! Demişik ki, Əkrəmin qulağı kəsilsin, bu da elə çətin proses deyil. İndi bizim adamlar Əkrəm Əylislini izləyirlər. Onu qulağını gətirənə 10 min manat verəcəm və sonra həmin şəxsi müdafiə edəcəm. Amma bu məsələdə məni tutacaqlar, öldürəcəklər, bu, sonrakı məsələdir. Deyim ki, burada heç bir hüquq pozuntusu yoxdur".

İlkin
AzNews.az