06:50
(077) 610-22-33

QHT Şurası mükafat məbləği 3000 avro olan yazı müsabiqəsi elan edib

  • >
988 11 Fevral 2013 14:17 | Cəmiyyət

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mərhum prezident Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar beynəlxalq yazı müsabiqəsi elan edib.

Müsabiqəyə Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Türkiyə və Rumıniyanın ictimai xadim, yazıçı, publisist və jurnalistləri qatıla bilər. Yazılar Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Türkiyə və Rumıniyanın aparıcı çap mətbuatında çıxmalı, Heydər Əliyevin beynəlxalq ictimai-siyasi fəaliyyəti, həmin ölkələrlə Azərbaycanın əlaqələrinin yaradılmasındakı rolu haqqında mövzuları əhatə etməlidir.

Məqalələr 31 mart 2013-cü ilədək həmin ölkələrdəki Azərbaycan səfirliklərinə təqdim olunmalıdır. Hər bir ölkə üzrə ən yaxşı sayılan 1 məqalə mükafatlandırılacaq. Mükafatın məbləği 3000 avrodur.

Qaliblər 2013-cü ilin may ayının birinci ongünlüyündə Bakıda mükafatlandırılacaq.

AzNews.az
Bağla X