23:18
(077) 610-22-33

Ziya Məmmədov vahid kart sisteminə keçidin vaxtını açıqladı

  • >
559 11 Fevral 2013 14:24 | Cəmiyyət

“Nəqliyyatda vahid kart sisteminə keçidin birinci mərhələsi may-iyun aylarında başlayacaq”




Nəqliyyatda vahid kart sisteminə keçidin birinci mərhələsinə may-iyun aylarında başlanması nəzərdə tutulur.

APA-nın xəbərinə görə, bunu nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, ilkin mərhələdə təxminən 500-1000 arası sərnişin avtobusunda bu proses gedəcək: "Sonra isə proses zamanla davam etdiriləcək və daha çox avtobusu əhatə edəcək".

Sərnişin avtobuslarını sayının azaldılması barədə deyilənlərə münasibət bildirən Z. Məmmədov deyib ki, əslində say azaldılmayıb, sadəcə, marşrutların optimallaşdırılması prosesi gedir: "Bu proses getməlidir. Heç bir azaldılmadan söhbət getmir. Avtobuslar yenilənir, modernləşdirilir. Bütün bunlar da sərnişinlərə xidməti yaxşılaşdıracaq".

AzNews.az
Bağla X