10:21
(077) 610-22-33

13 yaşlı ananın kəndinə səfər bu gün baş tutmadı

  • >
351 11 Fevral 2013 16:08 | Cəmiyyət

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdiri Əlizadə Sənubər vəfat edib




Komitədən AzNews.az-a verilən məlumata görə, dünən axşam vəfat edən S.Əlizadə uzun müddət xəstəlikdən əziyyət çəkib.

1957-ci ildə Bakı şəhərində anadan olan S.Əlizadə
2006-cı ildən Dövlət Komitəsində Uşaq Problemləri Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bununla əlaqədar 13 yaşlı uşağın ana olması ilə bağlı faktla əlaqədar vəziyyətlə yerində tanış olmaq üçün nümayəndə heyətinin Zərdabın Alıcanlı kəndinə səfəri təxirə salınıb. Bu barədə məlumatı AzNews.az-a
Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev verib. N.Quliyev bildirib ki, Dövlət Komitəsinin nümayəndələrinin də iştirak edəcəyi səfər bu günə planlaşdırılsa da, S.Əlizadənin vəfat etməsi ilə bağlı ertələnib.

Elnarə
AzNews.az
Bağla X