08:39
(077) 610-22-33

Mahir Abdullayevin müdafiə komitəsi yaradılır

  • >
273 11 Fevral 2013 16:28 | Cəmiyyət

Oğurlanmış MTN zabiti ilə bağlı müstəqil təhqiqat qrupu işləyəcək





AzNews.az-ın əldə etdiyi məlumata görə itkin düşmüş MTN zabiti Mahir Abdullayevlə bağlı qeyri-müəyyənliyin aradan qaldırılması üçün konkret fəaliyyətə keçiləcək.

Belə ki, yaxın vaxtlarda Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsinin təsis ediləcəyi gözlənilir: "Müdafiə Komitəsinin tərkibinə Mahir Abdullayevin yaxınları, hüquq müdafiəçiləri və tanınmış ictimai fəalların qatılacağı gözlənilir. Əsas məqsəd 10 ilə yaxındır ki, taleyi haqda heç bir məlumat olmayan, oğurlanmız Azərbaycan vətəndaşının, MTN zabiti – Mahir Abdullayevin durumuna aydınlıq gətirilməsidir."

Mənbəmizin sözlərinə görə Müdafiə Komitəsinin tərkibində Müstəqil Təhqiqat Qrupunun yaranması planlaşdırılır ki, bu da obyektiv araşdırmaların aparılması və M.Abdullayevlə bağlı həqiqətlərin ictimaiyyətə çatdırılmasına xidmət edəcək. Bizə daxil olan məlumatda ən çox diqqət çəkən məqam isə yaranacaq müdafiə komitəsinin lisenziyası ləğv olunmuş ABU rektoru Elşad Abdullayevlə heç bir bağlılığının olmamasıdır.

AzNews.az
Bağla X