Bu gün Bakının bir sıra ərazilərində suyun verilməsində məhdudiyyətlər olacaq. Bu gün Bakının bir sıra ərazilərində suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu ərazilərdə su olmayacaq

Bu gün Bakının bir sıra ərazilərində suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən AzNews.az-a daxil olan məlumata görə, Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsindən keçən 350 mm diametrli magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar bu gün saat 11:00-dən 18:00-dək Bülbül prospekti, Səməd Vurğun, Nəcəf bəy Vəzirov, Şövqi Abdullayev, Ruhulla Axundov və Sarabski küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.