Daxili İşlər Nazirliyi (DİN) Göyçay rayonunda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb. Daxili İşlər Nazirliyi (DİN) Göyçay rayonunda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Çobanı arvadı öldürməyibmiş - DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi (DİN) Göyçay rayonunda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

AzNews.az nazirliyin saytına istinadən xəbər verir ki, iyunun 18-də Göyçay rayonunun Çərəkə kəndində kənd sakini Sadiq Musayevin iyunun 14-də evdən çıxması və itkin düşməsi barədə RPŞ-yə müraciət olunub.

Göyçay rayon prokurorluğunun və RPŞ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə iyunun 14-də S.Musayevin evində Ucar rayon sakini Seymur Xanməmmədov tərəfindən balta ilə qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib.

Meyit eksqumasiya edilib.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri ilə S.Xanmaməmədov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.