"Hazırda dövlət qulluğu ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) 1500-dən artıq vakant vəzifə təqdim olunub. Bir il ərzində həmin vakansiyalar tutulmalıdır". "Hazırda dövlət qulluğu ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) 1500-dən artıq vakant vəzifə təqdim olunub. Bir il ərzində həmin vakansiyalar tutulmalıdır".

Ən çox hansı sahəyə kadr lazımdır? - DİM-dən açıqlama

"Hazırda dövlət qulluğu ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) 1500-dən artıq vakant vəzifə təqdim olunub. Bir il ərzində həmin vakansiyalar tutulmalıdır".

"Report" xəbər verir ki, bunu Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu gün dövlət qulluğunda daha çox informasiya texnologiyaları sahəsi üzrə savadlı kadrlara ehtiyac var.

M.Abbaszadə qeyd edib ki, bu günə qədər dövlət qulluğunda çalışan 6000-dən çox insan məhz imtahan əsasında işə qəbul olanlardır: "On ildən çoxdur dövlət qulluğuna qəbul müsabiqə əsasında imtahan şəklində olub. Keçən ilə qədər həm Dövlət İmtahan Mərkəzinin işçiləri, həm də bizə birləşdirilən digər qurumun işçiləri dövlət qulluqçusu idilər. Artıq bu, belə deyil. DİM-in bütün işçiləri vətəndaş cəmiyyətinin üzvləridir".

AzNews.az