Bakı sakini ayaqyolu çanağının (unitaz) üzərinə yıxılaraq ağır xəsarət alıb. Bakı sakini ayaqyolu çanağının (unitaz) üzərinə yıxılaraq ağır xəsarət alıb.

Ayaqyolu çanağının üzərinə yıxıldı - Ölümcül yaralandı

Bakı sakini ayaqyolu çanağının (unitaz) üzərinə yıxılaraq ağır xəsarət alıb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsində yaşayan 1971-ci il təvəllüdlü Rəhimov Mehdi Valeh oğlu hamam otağında olarkən ayağı sürüşüb. O, ayaqyolu çanağının üzərinə yıxılıb. Nəticədə M.Rəhimov bel nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alıb.

O, çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

AzNews.az