Ötən həftənin sonu atmosfer yağıntılarından sonra Bakı və Abşeron yarımadasındakı sürüşmə sahələri aktivləşib, bəzi yerlərdə çökmə və uçqun prosesləri baş verib. Ötən həftənin sonu atmosfer yağıntılarından sonra Bakı və Abşeron yarımadasındakı sürüşmə sahələri aktivləşib, bəzi yerlərdə çökmə və uçqun prosesləri baş verib.

Sürüşmələr aktivləşdi - Çökmə və uçqun var

Ötən həftənin sonu atmosfer yağıntılarından sonra Bakı və Abşeron yarımadasındakı sürüşmə sahələri aktivləşib, bəzi yerlərdə çökmə və uçqun prosesləri baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov APA-ya deyib ki, Zığ sürüşmə sahəsində çatların ölçülərində genişlənmələr müşahidə olunub. Onun sözlərinə görə, Masazır qəsəbəsində Qır gölünün ətrafında sürüşmə sahəsinin özündə aktivləşmə əmələ gəlib: “Əraziyə baxış zamanı yuxarıda yerləşən təsərrüfat sahələrindən, yaşayış evlərindən təsərrüfat sularının, habelə yağış sularının yamacboyu süzülərək göl istiqamətində yer səthinə çıxışı izlənilir. Bunun da hesabına sürüşmə prosesinin aktivləşməsi müşahidə olunur. Eyni zamanda, ərazidə çökmə prosesi də baş verib”.

R. Həsənov qeyd edib ki, Masazır qəsəbəsində Zəli gölü deyilən ərazidə sürüşmə prosesinin dinamikasında aktivlik qeydə alınıb: “Torpaq qatında olan çatların genişlənməsi müşahidə olunub, lokal sahələrdə uçqun prosesi baş verib”.

AzNews.az