16:57
(077) 610-22-33

Dibçəklərdə özü üçün narkotik becərdi - Foto

  • >
715 19 İyun 17:29 | Cəmiyyət

Şəmkir Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Şəmkir Sərhəd Dəstəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Kür qəsəbə sakini Eldəniz Tağıyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, həmin şəxsin yaşadığı evə baxış zamanı oradan ümumi çəkisi 2 kloqrama yaxın olan 108 ədəd narkotik tərkibli bitkilər aşkarlanıb.

Bundan başqa, E.Tağıyevin evində istifadə üçün hazır olan qurudulmuş marixuana və çətənə kollarının toxumu da aşkar edilərək götürülüb. Saxlanılan şəxs dibçəklərdə və digər xırda tutumlu qablarda xüsusi aqrotexniki qaydada əkdiyi narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün becərdiyini deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bağla X