11:28
(077) 610-22-33

Nazirlər Kabineti məktəbəqədər təhsil müəssisələrinə qəbul qaydasını müəyyən edəcək

  • >
598 19 İyun 19:03 | Cəmiyyət

Nazirlər Kabineti məktəbəqədər təhsil müəssisələrinə qəbul qaydasını müəyyən edəcək.

AzNews.az xəbər verir ki, Məktəbəqədər təhsil haqqında” 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqi barədə Azərbaycan prezidentinin imzaladığı fərmanda öz əksini tapıb.

Qanunla Nazirlər Kabineti tərəfindən sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları, ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili, məktəbəqədər təhsil müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidməti göstərilməsi qaydaları müəyyən ediləcək.

Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi qaydası da müəyyən olunacaq.

Bağla X