Naxçıvan gömrükçüləri külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasının qarşısını alıblar. Naxçıvan gömrükçüləri külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasının qarşısını alıblar.

Türk vətəndaşı Naxçıvana yük maşınında 93 kq heroin keçirməyə cəhd etdi

Naxçıvan gömrükçüləri külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasının qarşısını alıblar.

AzNews.az Naxçıvan DGK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, narkotik qaçaqmalçılığı faktı Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Şahtaxtı sərhəd-keçid məntəqəsində qeydə alınıb. Belə ki, 1967-ci il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı Cəlal Böyükaslanın idarə etdiyi “07 MCK 92” dövlət nömrə nişanlı “Volvo” markalı yük maşınına rentgen aparatı vasitəsilə gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yeri müəyyən olunub.

Gömrükçülər tərəfindən “34 JA 7009” nömrə nişanlı qoşqunun şübhəli hissəsinə baxış həyata keçirilərkən 180 bükümdə qablaşdırılaraq gizlədilmiş, ümumi çəkisi 93 kiloqram narkotik vasitə - heroin aşkar edilərək götürülüb. Narkotik yüklü avtonəqliyyat vasitəsinin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedəcəyi müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.