01:47
(077) 610-22-33

Saday Şəkərlinin səhhətində problem yaranıb

  • >
1 053 19 İyun 22:27 | Cəmiyyət

Hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunan yazıçı-şair Saday Şəkərlinin vəkili müvəkkilinin Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsi barədə müraciət edib.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, S.Şəkərlinin vəkili Fəxrəddin Mehtiyev bildirib ki, S.Şəkərlinin səhhətində yenidən problemlər yaranıb: "Saday Şəkərli şəkər xəstəliyindən əziyyət çəkir. O, istintaq dövründə də saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında səhhətində problem yarandığı üçün Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülmüşdü və bir neçə ay orada müalicə olunmuşdu. Yenə də onun səhhətində problem yaranıb. Bu səbəbdən onun Müalicə Müəssisəsinə köçürülməsini istəyirik. Bununla bağlı Penitensiar Xidmətə müraciət etmişik. Hələlik müraciətə cavab verilməyib".

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, Bakı şəhər sakini S.Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan, faktla bağlı onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi isə hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. Müdafiə tərəfinin qərardan verdiyi kassasiya şikayətini Ali Məhkəmə təmin etməyib.

Bağla X