RAMİL USUBOV GƏNCƏNİN İCRA BAŞÇISINA CƏBHƏ AÇDI RAMİL USUBOV GƏNCƏNİN İCRA BAŞÇISINA CƏBHƏ AÇDI

Rasim Musayevin Gəncədəki villasını polis qüvvələri qoruyur - EKSKLÜZİV

RAMİL USUBOV GƏNCƏNİN İCRA BAŞÇISINA CƏBHƏ AÇDI



Bir müddət əvvəl Gəncə şəhər Baş Polis İdarəsinin rəisi general Rasim Musayevlə icra başçısı Elmar Vəliyev arasında ciddi insident yaranması barədə məlumat verilmişdi. Bildirilirdi ki, Elmar Vəliyev Rasim Musayevin villasını sökdürdüyü üçün onların arasında qarşıdurma yaranıb. Hətta R.Musayevin E.Vəliyevə bu səbəbdən əsəbiləşdiyi və arada əlbəyaxa dava olduğu, hətta birincinin ikinciyə kəllə vurması da gəzən xəbərlər sırasındaydı.

R.Musayevin məhz bu səbəbdən gecə ilə Gəncədən çıxması və polis rəisi vəzifəsindən istefa verdiyi də qeyd olunurdu.

Xatırladaq ki, R.Musayev işdən getməsi barədə yazdığı ərizədə səhhətini əsas göstərmişdi. Ancaq bir neçə gündən sonra R.Musayevin DİN-in daxili təhqiqatlar idarəsinə rəis təyin edilməsindən sonra onun səhhətinə görə deyil, məhz icra başçısı ilə aralarında yaranan gərginliyə görə, Gəncədən uzaqlaşması barədə yayılan xəbərlərin səhihliyi daha da gücləndi.

AzNews.az-a daxil olan məlumata görə, Elmar Vəliyev keçmiş polis rəisinə növbəti zərbə vurmaq üçün Rasim Musayevin Gəncədəki növbəti villasını da sökdürməyə qərar verib. Bundan xəbər tutan R.Musayev daxili işlər naziri Ramil Usubovdan yardım istəyir və nazir həmin villanın mühafizəsi barədə göstəriş verib.

Gəncədən olan mənbəmiz bildirir ki, hazırda R.Musayevin sözügedən villası Post Patrul Xidməti əməkdaşları tərəfindən ciddi şəkildə qorunur. Ərazidə bir neçə PPX maşını daim villanın ətrafındadır. Qeyd olunur ki, E.Vəliyev Ramil Usubovun öz kadrını bu cür müdafiə etməsini gözləmirmiş və buna görə də bir az gözləməyə qərar verib. Ancaq bu gözləmə mövqeyinin uzunmüddətli olmayacağı da iddia olunur. Mənbənin xəbərinə görə, E.Vəliyev R.Musayevin villasını sökdürmək üçün bütün vasitələrdən istifadə etməkdə qərarlıdır.

Azər
AzNews.az