Orta məktəbin həyətinə arı yeşikləri qoyulub.İlk baxışda bu ciddi problem kimi görünməsə də bəzi valideynlər vəziyyətdən narazıdır. Orta məktəbin həyətinə arı yeşikləri qoyulub.İlk baxışda bu ciddi problem kimi görünməsə də bəzi valideynlər vəziyyətdən narazıdır.

Orta məktəbin həyəti arıçılıq təsərrüfatını xatırladır - Video

Orta məktəbin həyətinə arı yeşikləri qoyulub.İlk baxışda bu ciddi problem kimi görünməsə də bəzi valideynlər vəziyyətdən narazıdır.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, bura Daşkəsənin Bayan kənd sakini Emin Məmmədov deyir ki, bu haldan narazı olanlar çoxdur. Çünki arı sancması uşaqlar üçün ciddi təhlükə törədə bilər. Şikayətçi həmçinin deyir ki, ərazi dağlıq, yaşıllıqdır. Arı yeşiklərini yığmağa da kifayət qədər münbit yer var.

Şikayətçi bunun direktor tərəfindən edildiyini iddia edir. Ondan bunun səbəbini soruşansa olmayıb.

Məktəbin direktoru vəzifəsini icra edən Emin İdilxanov isə məsələnin süni şişirdildiyini iddia edir. Onun sözlərinə görə bu addımın atılmasında məqsəd sırf yolda qalan birinə kömək etmək olub.