Yaponiyanın Saytama şəhərində keçirilən “K-1 World Grand Prix-2017” turnirində çıxış edən Azərbaycan kikboksçusu Çingiz Allazov ardıcıl üç qələbə qazanaraq çempion olub. Yaponiyanın Saytama şəhərində keçirilən “K-1 World Grand Prix-2017” turnirində çıxış edən Azərbaycan kikboksçusu Çingiz Allazov ardıcıl üç qələbə qazanaraq çempion olub.

İdmançımız Yaponiyada K-1 üzrə dünya Qran-Prisinin çempionu oldu

Yaponiyanın Saytama şəhərində keçirilən “K-1 World Grand Prix-2017” turnirində çıxış edən Azərbaycan kikboksçusu Çingiz Allazov ardıcıl üç qələbə qazanaraq çempion olub.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, kikboksçumuz dörddəbir finalda yaponiyalı K-1 ustası Xiroki Nakadjimaya ikinci raundda nokautla qalib gəlib. Yarımfinal döyüşündə isə idmançımız “Mike’s Gym” klubunu təmsil edən Yordan Pikeri üçüncü dəqiqədə nokautla məğlub edib.

Ç.Allazov final döyüşündə turnirin favoritlərindən hesab edilən Yaponiya təmsilçisi Sanni Daxlbeki üzərində qələbə qazanıb və yarışın ən yaxşı döyüşçüsünə verilən kəmərə sahib olub.