Pekindən Bakıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən Şoudu hava limanına geri qayıdıb. Pekindən Bakıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən Şoudu hava limanına geri qayıdıb.

AZAL-ın təyyarəsi Pekin hava limanına geri qayıdıb

Pekindən Bakıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən Şoudu hava limanına geri qayıdıb.

AZAL-ın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, havaya qalxdıqdan sonra "Boeing 767" hava gəmisinin komandiri geri qayıtmaq qərar qəbul edib və yanacaq sərf etdikdən sonra Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş edib.

Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub. Eniş ştat rejimində başa çatıb.