22:54
(077) 610-22-33

Keçmiş arvadını qətlə yetirən polisə hökm oxundu

  • >
741 20 İyun 15:55 | Cəmiyyət

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını öldürməkdə təqsirləndirilən Samir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Əliyev 20 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2015-ci il iyulun 6-da Bakı-Quba yolunda Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyevanın meyiti tapılıb. Üç uşaq anası olan 34 yaşlı N. Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib.

Qətli N. Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis işçisi Samir Səməndər oğlu Əliyevin törətdiyi müəyyənləşib.

S. Əliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham olunub.

AzNews.az

Bağla X