Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Türkiyə-İran sərhədində minatəmizləmə əməliyyatı zamanı baş verən partlayışla bağlı məlumat yayıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Türkiyə-İran sərhədində minatəmizləmə əməliyyatı zamanı baş verən partlayışla bağlı məlumat yayıb.

ANAMA yaralanan iki əməkdaşımız barədə məlumat yaydı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Türkiyə-İran sərhədində minatəmizləmə əməliyyatı zamanı baş verən partlayışla bağlı məlumat yayıb.

ANAMA-dan AzNews.az-a verilən məlumata görə, bu gün səhər saat 07:15 radələrində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) iki əməkdaşı Türkiyə-İran sərhədində ərazilərin minalardan təmizlənməsi əməliyyatı zamanı baş verən mina hadisəsi nəticəsində yüngül bədən xəsarətləri alıb.

"Hadisə nəticəsinə yaralanan Həzi Aslanov və Ruslan Qasımov xəstəxanaya aparılıb. Yaralılara ilkin tibbi yardım göstərilib, həyat və sağlamlıqları üçün heç bir təhlükə yoxdur", - məlumatda bildirilib.

Qeyd edək ki, ANAMA tərəfindən Türkiyədə minatəmizləmə əməliyyatları MECHEM şirkəti ilə bağlanmış müqaviləyə əsasən aparılır. Aprelin 19-dan bu günə kimi Türkiyə-İran sərhəddində ərazilərin minalardan təmizlənməsi əməliyyatları zamanı minlərlə mina aşkar olunaraq zərərsizləşdirilib.