Formula-1 Avropa Qran-Prisinin Bulvar tribunasındakı yerlərə biletlərin hamısı satılıb. Formula-1 Avropa Qran-Prisinin Bulvar tribunasındakı yerlərə biletlərin hamısı satılıb.

Bakı şəhər halqasının Bulvar tribunasına biletlərin hamısı satılıb

Formula-1 Avropa Qran-Prisinin Bulvar tribunasındakı yerlərə biletlərin hamısı satılıb.

AzNews.az Bakı Şəhər Halqası Əməmliyyat şirkətinin mətbuat xidmətinə mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Formula-1 Azərbaycan Qran-Prisinin başlanmasına qədər bütün biletlərin satıldığı sayca üçüncü tribunadır.

Son günlər Azərbaycan Qran-Prisini yarış məkanında izləmək istəyənlərin göstərdiyi böyük maraq nəticəsində çoxlu sayda bilet artıq satılıb və beləliklə, Bulvar tribunasına biletlər tamamilə alınıb.

BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim bunu ötən illə müqayisədə yarışı izləməyə xaricdən daha çox turistin gəlməsi ilə izah edib: “Biz bütün gücümüzü səfərbər edərək geniş məzmunlu və maraqlı əyləncə proqramı hazırlamışıq. Dünya ulduzlarının iştirakı ilə baş tutacaq konsertlərin elan olunmasından sonra həm ölkə daxilindən, həm xaricdən alınan biletlərin sayında böyük artım qeydə alınıb. Əldə olan son məlumata əsasən deyə bilərəm ki, Bakıda keçiriləcək Formula-1 yarışını izləmək üçün bu il ötən ildəkindən iki dəfə çox xarici qonaq gələcək. Eyni zamanda, bu il yerli tamaşaçılar da yarışa böyük maraq göstərirlər. Son günlər yarışa bilet alan şəhər sakinlərinin sayı xeyli artıb. Bunun təbii nəticəsidir ki, artıq üç tribunanın bütün biletləri alınıb. Digər tribunalarda da əhəmiyyətli dərəcədə doluluq müşahidə olunur. Ölkə əhalisinə müraciət edərək bildirmək istərdik ki, bilet almağa tələssinlər. Əks halda sonraya bilet qalmaya bilər. Hamınıza möhtəşəm yarış həyəcanı ilə birlikdə unudulmaz əyləncə coşğusu arzulayırıq”.

Azərbaycan Qran-Prisini canlı izləmək istəyənlər üçün ümumilikdə 30 min yerlik tribuna və ayaqüstü zonalar təklif olunur.

Trek ətrafında yerləşən əyləncə zonalarında baş tutacaq tədbirlər haqqında ətraflı məlumat üçün aşağıdakı keçidə daxil olmaq lazımdır: www.bakucitycircuit.com