05:22
(077) 610-22-33

Türkiyədə iki azərbaycanlı tələbə dalaşdı, tanışını ürəyindən bıçaqladı

  • >
2 265 20 İyun 21:19 | Cəmiyyət

Türkiyənin Uşak vilayətində iki azərbaycanlı tələbə arasında qanlı insident baş verib.

AzNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, Uşak Universitetinin tarix fakültəsində oxuyan Azərbaycan vətəndaşı Royal Cumayev tanışı, Azərbaycan vətəndaşı olan digər tələbə tərəfindən bıçaqlanıb. Yaralı ölümcül vəziyyətdə Uşak Universiteti Tibb Fakülətisinin xəstəxanasına yerləşdirilib. Həkimlərin vaxtında müdaxiləsi sayəsində onun ürəyinin tam dayanmasının qarşısını almaq mümkün olub, daha sonra tələbə əməliyyat edilib.

Xəstəxananın ürək-damar cərrahı Murat Yanar bildirib ki, yaralı xəstəxanaya həyat əlamətləri çox zəif halda daxil olub. Zəruri ilkin yardım tədbirlərinin ardınca o, əməliyyat masasına qaldırılıb. “Xəstənin ölümdən xilas olunması təcili yardım xidməti əməkdaşlarının çevik müdaxiləsi və məni vəziyyət barədə məlumatlandırması sayəsində baş verdi. Xəstənin sol ağ ciyər boşluğundan 3 litrə yaxın qan boşaltdıq. Ürəyin ön divarında bıçaq yarası vardı və həmin sahəni cərrahi işlədik. İki gün reanimasiyada qaldıqdan sonra yaralının vəziyyəti sabitləşdi, ümumi palataya köçürüldü”-cərrah bildirib.

Cumayev deyib ki, əvvəldən tanıdığı tanışı ona zəng vurub, harda olduğunu soruşub. “Yerimi söylədim, görüşdük, çatan kimi qaçaraq üstümə atıldı, həmin an bıçaqlandığımı hiss etmədim. Yanımdakı dostlara “hər şey yaxşı olacaq” dedim, sonrasını xatırlamıram. Gözümü xəstəxanada açdım. Öyrəndim ki, məni həkimlər, tibb personalı həyata qaytarıb, onlara nə qədər təşəkkür etsəm azdır”.

Cumayevi bıçaqlayan tələbə Orxan S. hadisədən sonra polislər tərəfindən yaxalanıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Bağla X